Arif Kərimovdan təxribat törətməsindən şübhələndilər?

Keçmiş “sadvalçı” Kazım Səfiquliyev həyatına təhlükə olduğunu bildirir. O deyir ki, “Sadval” ictimai təşkilatı 90-cı illərdə Dağıstanda Rusiya ilə Azərbaycanın münasibətlərini pozmaq məqsədilə Arif Kərimov tərəfindən Ermənistanın pulu hesabına yaradılıb.

Kazım Səfiquliyev danışır ki, bundan bir az əvvəl həbsxanadan çıxıb və orada onun həyatına ən azı iyirmi sui-qəsdtörədilib. Bundan sonra o, özünü sığortalamaq məqsədilə bir neçə video-müraciət yazıb və onları internetdə yerləşdirib.
O, qeyd edir ki, günahsız olaraq on yeddi il ciddi rejimli cəza çəkmə müəssisəsində cəzasını çəkib və bunun bütün günahlarını Arif Kərimovda görür. Səfiquliyevin sözlərinə görə, məhkumluğuna səbəb olan polis işçisinin qətlini məhz Kərimov təşkil etmişdi, həmçinin Rusiya və Azərbaycan ərazisində baş verən yüzlərlə qətllərin və terror aktlarının günahı Arif Kərimovun üzərindədir.

Kazım Səfiquliyev deyir ki, təkcə onu deyil, digər insanları da günahsız yerə məhkum etdilər, cinayət işləri isə Arif Kərimov tərəfindən saxtalaşdırılmışdı. Səfiquliyev təsdiq edir ki, onun dediyi günahsız məhkum olanların hamısı həbsxanada və ya birbaşa azad olunandan sonra öldürülmüşdürlər, və əminliklə deyə bilər ki, bu insanların lazımsız şahid kimi öldürülməsi yalnız Arif Kərimova sərf edirdi.

Səfiquliyev tələb edir ki, Arif Kərimovun Azərbaycan Respublikası ərazisində və Rusiyada olan fəaliyyəti araşdırılsın. Səfiquliyevin sözlərinə görə, artıq həlak olanların qohumlarından ibarət bir qrup yaradılıb və onlar Kərimova qarşı şahid ifadələrini verməyə və öz ifadələrini sənədlərlə sübut etməyə hazırdırlar. Səfiquliyevin təsdiqinə görə, bu qrupa onlarla insan daxildir.

Guya onlar artıq Arif Kərimov haqqında səhih məlumatları əldə etmək üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına sorğu ünvanlayıblar.
Səfiquliyev sözlərinə görə, 1998-ci ildə, guya Azərbaycanın hüquq-mühafizə orqanlarından canlarını qurtarmaq üçün, Arif Kərimov və onun bütün ailəsi müəmmalı şəkildə atalarının adını dəyişib saxta sənədlərlə Dağıstanda Rusiya vətəndaşlığını almışdılar. Səfiquliyevin iddiasına görə, bu faktı təsdiq edən sənədlər və həmçinin bu iş üzrə ifadə verməyə hazır olan şahidlər mövcuddur.

O həmçinin qeyd edir ki, 90-cı illərin əvvələrində Arif Kərimov Azərbaycan ərazisində ALPAN hərəkatını yaratdı. Səfiquliyevin dediyinə görə, təşkilatın fəaliyyəti Azərbaycanın Şimalında separatizmin təbliğatından ibarət idi.

Səfiquliyev təsdiq edir ki, Kərimov gənclərin tərkibindən diversiya dəstələri yaratmışdı və çox sayda günahsız insanların həyatına son qoyan Bakı metrosunda törədilən terror aktının təşkilatçılarından biri idi.

Həmçinin, metroda törədilən terror aktından sonra Kərimov ona sadiq olan və bir çoxları uzun müddətə məhkum edilən insanların hamısını burada atıb Rusiyaya qaçdı, orada isə 1998-ci ildə saxta sənədlər əsasında Dağıstanda Rusiya Federasiyasının vətəndaşlığını aldı. Səfiquliyevin o cümlədən qeyd edir ki, guya həmin andan və bu günə kimi Ermənistanın xüsusi xidmət orqanlarının agentidir.

Kazım Səfiquliyev deyir ki, bu yolda axıracan getməyin və Arif Kərimovun layıqlı cəzasına çatdırılmasına nail olmağın əzmindədir.

Səfiquliyev Rusiyanın hüquq-mühafizə, istintaq orqanlarına və Federal Təhlüksizlik Xidmətinə müraciət edərək onlardan bu yazıya diqqətlə yanaşmalarını xahiş edir.

Səfiquliyevin dediyinə görə, onda olan məlumata görə Arif Kərimov yaxın müddətdə ona məxsus olan bütün əmlakını satıb Avropaya mühacirətə yollanmağa, orada isə Rusiyaya və Azərbaycana qarşı təxribatların törədilməsinə hazırlaşır.