“CinemaPlus”da Konor Makqreqor ilə Həbib Nurməhəmmədovun döyüşü nümayiş olunacaq

Oktyabrın 7-i səhər saat 07:00-da “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində çoxdan gözlənilən MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq. Döyüş UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçiriləcək.
UFC-229 turnirinin keçirilmə yeri Paradiz, Nevada ştatı, Las-Veqasın şəhərətrafı ərazisi “Ti-Mobayl-arena” olacaq.
Konor Makqreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.
Həbib Nurməhəmmədov – UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.
Biletlərin qiyməti 10 AZN, VIP – 20 AZN təşkil edir. Tələsin, biletlərin sayı məhduddur!
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!