“CinemaPlus”dan uşaqlar üçün aksiya

“CinemaPlus” premium kinoteatrı uşaqlar üçün aksiya keçirir. Aksiya çərçivəsində uşaqlara “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunmuş “Qar yarışları” və ya “Monsterlər ailəsi” animasiya filmləri nümayiş olunacaq.
Dublyaj olunmuş animasiya filmlərinin birinə bilet əldə edən tamaşaçılara istənilən digər cizgi filminə -1 manatlıq endirim kuponu təqdim olunacaq.
Aksiya 31 yanvar tarixinədək etibarlıdır və yalnız Bakı şəhərində yerləşən kinoteatrlara aiddir.
Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.
“Qar yarışları” animasiya filmini səsləndiriblər Islam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova.
“Monsterlər ailəsi” animasiya filmini səsləndiriblər Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli, Zemfira Əbdülsəmədova, Nəzakət Məmmədli, Mətanət Abbaslı, Vüsal Murtuzəliyev, Elman Rəhimov, Rəhim Rəhimov, Vüsal Mustafayev, Müşfiq Mirzəzadə, Vüsal Hacıqedir və Aytac Rəhimova.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!