Dieqo və Frida. Yolun yarısında bir təbəssüm.


İyulun 6-da, Bakıda ilk dəfə olaraq iki görkəmli meksikalı rəssam Dieqo Rivera və Frida Kalonun həyatına həsr olunan foto-sərginin açılış mərasimi baş tutdu. Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan tədbir Landmark otelində həyata keçirilmişdir. Nümayiş olunan 96 şəkil bizə rəssamların həyatının müxtəlif dövrlərini, vacib hadisələri və əksər anlarda kamera arxasında qalan gündəlik həyatını təqdim etdi.

İlk dəfə 2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev-muzeyində sərgilənmiş əsərlər XX-ci əsrin bu şöhrətli cütlüyün görüşləri və ayrılıqlarını nümayiş edir.

Dünya incəsənətinin ən vacib simalarından olan Dieqo Rivera və Frida Kalo Meksika rəssamlıq tarixində XX-ci əsrin ən məhşur cütlüklərindən biri idi. Dieqo Rivera (1886-1957) – dahi divarüstü rəssam və Meksika sosialist realizminin əsas nümayəndəsi, Frida Kalo (1907-1954) isə sürrealist rəssam idi. Onların həyat yolu kinoda əksini tapmış, bir çox romanların yaradılmasına ilham vermişdir.

Comments 0

Your email address will not be published. Required fields are marked *

Dieqo və Frida. Yolun yarısında bir təbəssüm.

log in

Become a part of our community!

reset password

Back to
log in
Choose A Format
Gif
GIF format