“Frida. Sevgi, Ağrı və Nəğmə”


Bu başlıq altında məhşur meksikalı aktrisa və müğənni Ana Alisia Salas Bakıda şöhrətli meksikalı rəssam Frida Kalonun həyatı haqqında monoloqu təqdim edib. Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatı ilə keçirilən bu tədbir iyulun 11-də Landmark oteldə baş tutdu.

Adı çəkilən təqdimat əsasında tamaşaçılar Meksika incəsənətinin ikonası, XX-ci əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış oldular. Eyni zamanda, publika Ana Alisia Salasın ifasında ənənəvi Meksika musiqisindən həzz almaq imkanını əldə etdi.

Aktyorluq karyerasının əvvəlindən aktrisa Ana Alisia Salas kinoda, teatrda və televiziyada çıxış edib, bundan əlavə, müxtəlif yazıları həyata keçirib. 1980-ci ildə “Milli Kinonun Orxideyası” adına layıq görülüb.Meksikanı təmsil etmək məqsədilə Ana Alisia tez-tez xarici ölkələrə səfə redirdi. Bununla, digər ölkələr arasında İrlandiya, İspaniya, İtaliya, Fransa, Çin, ABŞ və Kolumbiyada çıxış etmişdir.

 

 

 


Like it? Share with your friends!

0

Comments 0

Your email address will not be published. Required fields are marked *

“Frida. Sevgi, Ağrı və Nəğmə”

log in

Become a part of our community!

reset password

Back to
log in
Choose A Format
Gif
GIF format