“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda növbəti endirim kampaniyasına start verib.

Kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə bir biletin qiyməti 169 avrodan (təxminən 339 manat), Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində uçuşların qiyməti isə 129 avrodan (təxminən 259 manat) başlayır. Həmçinin, İstanbulun ikinci ən böyük hava limanı sayılan Sabiha Gökçen Aeroportuna gediş-dönüş biletinin endirimli qiyməti 159 avro (318 manat) təşkil edir.

Eyni zamanda, İstanbul-Bakı-İstanbul istiqamətində olan aviareyslərin endirimli qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarından müvafiq olaraq 139 ABŞ dolları (təxminən 236 manat) və 149 ABŞ dolları (təxminən 253 manat) təşkil edir. Sözügedən kampaniya alış-verişi sevən sərnişinləri nəzərə alaraq, həmişəkindən daha çox yükdaşıma imkanı verir: belə ki, qiymətə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Oktyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 15 oktyabr 2018-ci il – 31 mart 2019-cu il tarixləri arasında səyahət etmək mümkündür.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.