“Türk Hava Yolları” biznes-sinif sərnişinləri üçün qida xidmətini yaxşılaşdırır

Təyyarənin göyərtəsində təklif olunan qidaya görə dəfələrlə mükafatla layiq görülən “Türk Hava Yolları” aviaşirkəti bir addım irəliləyərək biznes-sinif sərnişinlərinə uçuşdan əvvəl yemək seçimini təmin edən xidməti istifadəyə verib.

Bu xidmətə əsasən, İstanbuldan aşağıda göstərilən qitələrarası istiqamətlərə səyahət edən biznes-sinif sərnişinləri şirkətin internet səhifəsində və ya mobil tətbiqdə yeməyin detallarını və görünüşünü nəzərdən keçirib, seçimlərini edə bilərlər. Sərnişinlər öz seçimlərini uçuş tarixindən 1 həftə əvvəl və ya uçuşa 48 saat qalmış edə bilərlər.

İstanbuldan Atlanta, Banqkok, Pekin, Boqota, Boston, Keyptaun, Çikaqoy, Quançjou, Hanoy, Havana, Hoşimin, Honqkonq, Hyuston, Cakarta, Yohanesburq, Kuala-Lumpur, Los-Anceles, Manila, Mayami, Monreal, Nyu-York, Phuket, Port-Lui, San-Fransisko, San-Paulo, Seul, Şanxay, Sinqapur, Taybey, Tokio, Toronto, Vaşinqton, Karakas, Panama Siti, Madaqaskar, Durban, Maputu və Buenos-Ayresə səyahət edən “Türk Hava Yolları” sərnişinləri bu xidmətdən yararlana bilərlər.

Bundan başqa, “Türk Hava Yolları” biznes-sinif sərnişinlərinə qitələrarası uçuşlarda səyahət zamanı istədiyi vaxt şam etmək imkanı verən bir xidmət təklif edir. Dünyada cəmi bir neçə aviaşirkət tərəfindən təklif olunan bu imtiyazlı xidmət sərnişinlərə daha çox xüsusi xidmət əldə etməyə imkan yaradır. “Türk Hava Yolları” sərnişinləri istirahət və yemək vaxtlarını seçərək daha rahat səyahət təcrübəsi yaşayacaq.

Sərnişinlər bu xidmətdən bütün “Türk Hava Yolları”nın İstanbuldan həyata keçirilən və ya gələn qitələrarası gecə uçuşlarında* istifadə edə bilərlər.

“Uçuşdan əvvəl yemək seçimi” xidməti barədə ətraflı məlumat:

*Uçuşun vaxtından asılı olaraq bəzi gecə uçuşlarında istisnalar ola bilər.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də Facebook, Twitter, YouTube, LinkedIn və Instagram səhifələrində əldə edə bilərsiniz.